Modern.az

DİM TOEFL imtahanı keçirəcək

DİM TOEFL imtahanı keçirəcək

Aktual

29 May 2020, 13:15

Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçiriləcək.

 

Modern.az xəbər verir ki, TOEFL IBT imtahanı mayın 30-da Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

 

İmtahan saat 09.30-da başlayacaq. İmtahanda 7 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

 

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

 

Əlavə məlumatı DİM-in saytından əldə edə bilərsiz. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!