Modern.az

Deputatlar koronavirus testindən keçirilir

Deputatlar koronavirus testindən keçirilir

31 May 2020, 15:15

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.

 

Modern.az-ın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

 

Gələn həftə ərzində deputatların koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçirilməsi prosesi başa çatacaq.

 

Qeyd edək ki, bundan öncə Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mart ayında mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi