Modern.az

Hollivudda Trampın “ulduzunu” dağıtdılar

Hollivudda Trampın “ulduzunu” dağıtdılar

Aktual

1 İyun 2020, 14:34

Naməlum şəxslər Donald Trampın Hollivudda  “Şöhrət Xiyabanı”na həkk olunmuş ulduzunu dağıdıblar. Bu davranış son günlər ABŞ-ın onlarla şəhərini əhatə edən etirazlar, iğtişaşlarla əlaqələndirilir.

Modern.az ABŞ-ın 45-ci prezidentinin “ulduzuna” qarşı oxşar münasibət 2018-ci ilin iyul ayında da baş vermişdi. O zaman naməlum bir kişi əlində gitara örtüyü “Şöhrət Xiyabanı”na gəlmiş, örtüyün içindən külüngü çıxararaq monumenti qırıq-qırıq etmişdi. Sonra isə özü polis çağırıb təslim olmuşdu. Bir neçə gün sonra Trampın  “ulduzu” yanında geyimlərinə Sovet ordusunun poqonları bərkidilən iki qarovul əsgər peyda olur. Onlardan biri əlində Rusiyanın bayrağını saxlayırdı.

Üzərinə Trampın adı həkk olunmuş bu xatirə nişanı 2007-ci ildə “Dolby” kinoteatrının yanında yerləşdirilib. O, “The Apprentice” şəxsi teleşousunda aparıcılığa görə təltif edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir