Modern.az

Azərbaycan xüsusi təyinatlılarında Türkiyə silahları - VİDEO

Azərbaycan xüsusi təyinatlılarında Türkiyə silahları - VİDEO

2 May 2024, 10:38

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Türkiyə istehsalı "Cobra II” zirehli tibbi maşınları və İHASAVAR adlı pilotsiz uçuş aparatlarına qarşı mübarizə sistemləri ilə təchiz edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "DefenceTurk" hərbi portalı məlumat yayıb.

 

Portal sözügedən hərbi texnikaların Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin 25 illik yubileyi ilə bağlı yaydığı videoda göründüyünü bildirib.

 

Qeyd edək ki, "Cobra II" Türkiyənin "Otokar" şirkəti tərəfindən istehsal olunan zirehli texnikadır.

 

İHASAVAR isə ASELSAN şirkəti tərəfindən yaradılıb. Bu sistem dronların uzaqdan idarə olunmasını, məlumat bağlantılarını və peyk rabitəsi siqnallarını bloklaya bilər və onları idarəolunmaz hala gətirir.

 

Sistem əsasən hərbi obyektləri/bazaları, hökumət binalarını, idarələri, mərasim yerlərini və nəzarət-buraxılış məntəqələrini qorumaq üçün istifadə olunur.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək