Modern.az

Supermarketlərdən spirtli içkilər oğurlayan keçmiş məhkum YAXALANDI

Supermarketlərdən spirtli içkilər oğurlayan keçmiş məhkum YAXALANDI

Aktual

2 İyun 2020, 10:38

Bakıda supermarketlərdən oğurluq edən şəxs saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 

 

Naməlum şəxs Bülbül prospektində yerləşən “Grand market”dən 102, "Bolmart"dan isə 68 manat dəyərində spirtli içki oğurlayıb.

 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində marketlərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Kamil Həsənov saxlanılıb.

 

Məlum olub ki, K.Həsənov mayın 30-da saat 03:45-də Səməd Vurğun küçəsində yerləşən "Af Mall" ticarət mərkəzindən spirtli içki oğurlayarkən mühafizəçi onu görüb. Bu vaxt o, əlindəki içkiləri yerə ataraq qaçıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi