Modern.az

Kamran Bayramov: \"AŞPA-nın qərəzli mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir\"

Kamran Bayramov: \

6 İyun 2020, 15:15

Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı obyektivsizliyi və illər boyu tətbiq etdiyi ikilli standartlar heç də təsadüfi deyil və konkret məqsədlər daşıyır. Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında etdiyi çıxışında bunu çox sadə və aydın şəkildə izah etdi.

 

Modern.az xəbər verir ki, bu fikirləri deputat Kamran Bayramov deyib.

 

O bildirib ki, Azərbaycan öz surətli inkişaf dövrünü yaşayır, bütün sahələrdə genişmiqyaslı və məqsədyönlü, gələcəyə hesablanmış islahatlar həyata keçirilir, ölkənin xarici siyasəti dünyaya açıq olmasını, digər dövlətlərlə və beynəlxalq təşkilatlarla bərabər şəkildə dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur:

 

"Cənab Prezidentin bu dəst-xətti real nəticələr gətirir, son illərdə Azərbaycan dünyada bir çox dövlətlər və təşkilatlar üçün etibarlı tərəfdaşa çevrilib, nüfuzu gündən-günə artır.

 

20 ilə yaxındır ki, Azərbaycan Avropa Şurası ilə səmərəli və məhsuldar əməkdaşlıq həyata keçirməyə çalışır, bu təşkilat qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqincə və vicdanla yerinə yetirir. Lakin, bu təşkilatın qurumu olan və ölkəmizi sevməyən, onu nüfuzdan salınmasını arzulayan siyasi dairələr tərəfindən idarə olunan Parlament Assambleyası bu illər ərzində Azərbaycana qarşı öz qərəzli mövqeyini göstərməyə davam edir və bu cür münasibət Assambleyanın ölkəmizlə bağlı qəbul etdiyi bir çox sənədlərdə öz əksini tapır.

 

Görünür, AŞPA Azərbaycanın artan nüfuzuna, beynəlxalq arenada qazandığı çoxsaylı uğurlara həsədlə yanaşır və ölkəmizi ləkələmək üçün açıq-aydın obyektivsizliyə, qərəzə əl atır və anlamır ki, nümayiş etdirdiyi mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir. Düşünürəm ki, Azərbaycana qarşı bu cür münasibət, ikili standartlar və qərəzli mövqe davam edərsə, ölkəmizin AŞPA ilə münasibətlərinə yenidən baxılması ilə nəticələnə bilər"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!