Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu gün Azərbaycanın Şəki rayonunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, 24 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 16:48-də Şəki rayonunun inzibati mərkəzindən 14 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Episentrdə zəlzələ 3,0 bal olubdur. Şəkidə və episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 2,0 bal hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı olmayıb.
Modern.az