Modern.az

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün ayrıca imtahan günü müəyyənləşib

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün ayrıca imtahan günü müəyyənləşib

25 May 2012, 11:43

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün ayrıca imtahan günü müəyyənləşdirib.

Modern.az xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, səhhəti, ailə vəziyyəti ilə əlaqədar buraxılış imtahanında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər iyulun 8-də buraxılış imtahanı verəcəklər.

TQDK sədrinin sözlərinə görə, ilk buraxılış imtahanı iyunun 2-də Bakı şəhəri üzrə keçiriləcək ki, bu prosesdə 23914 nəfər XI sinif şagirdi içtirak edəcək. Bakıda 53 imtahan mərkəzi seçilib. İyunun 3-də Bakı şəhəri üzrə 34277 nəfər IX sinif şagirdi buraxılış imtahanı verəcək. Bunun üçün Bakıda 68 imtahan mərkəzi ayrılıb.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı