Modern.az

Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB

Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB

Aktual

12 İyul 2020, 23:36

Gədəbəydə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki,  1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu ailə münaqişəsi zəminində əmisi 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb. O.İsgəndərov hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

 

23:17

 

Gədəbəyədə dəhşətli qətl hadisəsi törədilib.

Modern.az xəbər verir ki, rayon sakini əmisini qətlə yetirib və onun həyat yoldaşını ağır yaralayıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!