Modern.az

Van gölündən çıxarılan cəsədlərin sayı 60-a çatdı

Van gölündən çıxarılan cəsədlərin sayı 60-a çatdı

Dünya

20 İyul 2020, 23:08

Türkiyənin Van gölündə qaçqınları daşıyan qayığın batması ilə əlaqədar aparılan axtarışlar nəticəsində sudan çıxarılan cəsədlərin sayı altmışa çatıb.

 

Modern.az xəbər verir ki, iyulun 1-də batan qayıqda itkin düşən şəxslərin axtarışı Türkiyə Milli Müdafiə Nazirliyinin birinci dərəcəli dalğıc heyəti tərəfindən həyata keçirilib. Sualtı axtarış cihaz sistemindən istifadə edərək qayığın təxminən 107 metr dərinlikdə olduğu müəyyən edilmişdi. Hadisənin birinci günü cəmi 6 cəsəd tapılmışdı.

 

Qayıq batarkən orada 55-60 qaçqının olduğu bildirilirdi. Ehtimal olunur ki, hadisə nəticəsində itkin düşənlərin hamısının cəsədi tapılıb.

 

Qeyd edək ki, hadisə ilə əlaqədar cinayət işi açılıb. Qanunsuz miqrasiya həyata keçirməkdə şübhəli bilinən yeddi nəfərin saxlanıldığı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir