Modern.az

Ukraynada azərbaycanlı iş adamını öldürən banda tutulub

Ukraynada azərbaycanlı iş adamını öldürən banda tutulub

Aktual

7 İyun 2012, 12:09

Ukrayna milisinin əməkdaşları Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudovu qətlə yetirməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb. Modern.az Trend-ə istinadən bildiri ki, bunu jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəhbəri Viktor Dubovik deyib.

"Təsdiq olunur ki, qətl sifariş əsasında həyata keçirilib. Hazırda cinayətin mötivləri araşdırılır", - Dubovik əlavə edib.

Onun sözlərinə görə, saxlanılanlar arasında Azəbaycan, Ukrayna və digər ölkələrin vətəndaşları var.

Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudov mayın 9-da Makiyevka şəhərində Böyük Vətən müharibəsi veteranları ilə açıq havada görüş keçirərkən qətlə yetirilib. İki naməlum motoskiletçi Mahmudova atəş açaraq hadisə yerindən uzaqlaşıb.

Mahmudova dəyən 3 güllədən biri onun ciyərini parçalayıb.

Qətlin motivi haqqında hələlik məlumat yoxdur.

O, Donetsdə tanınmış iş adamı, xeyriyyəçi, ictimai xadim kimi məşhur idi. Bacarıqlı təşkilatçı olan İ.Mahmudov həm də Donetsdə fəaliyyət göstərən bir sıra müəssisəsinin rəhbəri idi. Kikboksinq üzrə idman ustası olan Mahmudov 2005-ci ildən Donetsk Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ordenlə də təltif olunmuşdu.. Ukrayna KİV-ləri mərhumun sifarişlə qətlə yetirildiyini istisna etmirlər...

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?