Modern.az

“Həkimlərimiz koronavirusu daha ağır keçirir” 

“Həkimlərimiz koronavirusu daha ağır keçirir” 

8 Avqust 2020, 12:21

Koronavirusa yoluxmuş və həyatını itirmiş şəxslərin hamısının xatirəsi əzizdir. Amma bunların içərisində itkilərimiz daha çox təcili yardımda çalışanlar arasındadır:

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva deyib ki, yoluxanlar arasında pandemiya xəstəxanalarında çalışanlar daha azdır:

"Təəssüf ki, həkimlərimiz bu xəstəliyi daha ağır keçirir. Ona görə də onların hər birinin müalicəsi dövlətin diqqətindədir. Amma onu da deyim ki, həkimlər vəzifəsinə görə yox, xəstəliyinin ağırlıq dərəcəsinə görə müalicəyə götürülür".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!