Modern.az

Koronavirusa ən yüksək yoluxma baş verən daha bir ölkə

Koronavirusa ən yüksək yoluxma baş verən daha bir ölkə

20 Sentyabr 2020, 09:18

Slovakiyada koronavirusa rekord sayda gündəlik yoluxma halı qeydə alınıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 19-da ölkə üzrə koronavirusa gündəlik yoluxmaların sayı 290 olub. Bir gün öncə isə bu göstərici 235 idi. Slovakiya Səhiyyə İnformasiya Mərkəzinin məlumatına görə, bu, mart ayından bəri ən yüksək göstəricidir və ölkədə virusa yoluxanların sayı 6546 nəfərə çatıb.

Son günlərdə ölkə üzrə 13 məktəb tamamilə bağlanıb, 72 məktəbdə isə infeksiya müəyyən edilən siniflər karantinə alınıb. Təhsil Nazirliyinin məlumatına əsasən, hazırda 6546 şagird karantindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi