Modern.az

Üzümün təhlükələri AÇIQLANDI

Üzümün təhlükələri AÇIQLANDI

Aktual

22 Sentyabr 2020, 08:25

Süfrə üçün nəzərdə tutulan bütün üzüm sortlarında şəkərin miqdarı həddindən artıq çoxdur, özü də bu, tez mənimsənilən qlükoza və fruktoza şəklində olur.

 

Modern.az xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə rusiyalı aqronom və kənd təsərrüfatı mütəxəssisi Vladimir Vikulov bildirib.

 

Mütəxəssis bir salxım üzümün bəzən bir kiloqram ağırlığında ola biləcəyini xatırladıb:

 

“Bu isə 150 qram fruktoza deməkdir, hansı ki, orqanizmə ciddi zərbə vurur”.

 

Bundan əlavə, Vikulovun sözlərinə görə, üzümçülər bitkini zərərvericilərdən qorumaq üçün mütəmadi olaraq məhsula mis, kükürd, funqisid preparatları kimi müxtəlif kimyəvi maddələr vurur. Bu baxımdan o, meyvəni yeməzdən əvvəl yaxşı-yaxşı yumağı tövsiyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir