Modern.az

Ukraynada Mixeil Saakaşviliyə hücum edildi

Ukraynada Mixeil Saakaşviliyə hücum edildi

Aktual

1 Oktyabr 2020, 20:04

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynanın paytaxtı Kiyev şəhərində restoranda hücuma məruz qalıb.

Modern.az  xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, naməlum kişi M.Saakaşvilinin olduğu restorana gizlicə daxil olub. O, əlində kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib.  

M.Saakaşvilinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırılıb. Lakin polis hadisə yerinə gələnədək o, qaça bilib.

Hücumun motivi araşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!