Modern.az

Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi

Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi

Ölkə

4 Oktyabr 2020, 16:18

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.

 

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyi məlumat yayıb:

 

"Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur. Bununla əlaqədar bu ərazilərdə məskunlaşan mülki əhalini döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırırıq.

 

Bildiririk ki, onların ağır döyüşlərdən ziyan çəkməməsi və ərazidən maneəsiz təxliyyəsi üçün tərəfimizdən müvafiq şərait yaradılacaq. Mülki əhali ilə Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar olunacaq və onların insan hüquqları qorunacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir