Modern.az

Türkiyədə son sutkada 69 nəfər COVID-19-un qurbanı oldu

Türkiyədə son sutkada 69 nəfər COVID-19-un qurbanı oldu

25 Oktyabr 2020, 00:40

Türkiyədə son 24 saat ərzində daha 69 nəfər yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 727 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 2 091 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 359 784 nəfərə çatıb.

 

F.Koca əlavə edib ki, ötən gün koronavirusdan 1 573 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 313 093 nəfər təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!