“Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə birtərəfli qaydada erməni əsgərlərinin meyitlərini qaytarmağa hazır olduğumuzu bildirmişik”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.
“18 oktyabrdan bizim müraciətlərimiz Ermənistan tərəfindən cavabsız qalır. Bu nadanlıqla Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır”, - deyə Prezidentin köməkçisi bildirib.