Modern.az

“Erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib” - Nazir

“Erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib” - Nazir

30 Oktyabr 2020, 11:12

“Son iki həftədə bütün təhsil müəssisələrində tətil elan edilib. İndiki dövrdə bu, ən optimal qərar idi”.


Modern.az-ın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.


Nazir qeyd edib ki, sentyabrın 27-dən erməni təcavüzünə qarşı müharibə başlayandan ölkənin 20-yə yaxın bölgəsində tədris dayandırılmışdı:

 

“Son iki həftədə bu aqressiyanı həm məktəblərə, həm mülki əhaliyə qarşı tətbiq edildiyini gördük. Son bir ayda bu təcavüz nəticəsində 9 şagirdimiz dünyasını dəyişib”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!