Modern.az

Milli Kitab Mükafatının seçimi avqustda başlayacaq

Milli Kitab Mükafatının seçimi avqustda başlayacaq

10 İyul 2012, 15:05

Hər il keçirilən Milli Kitab Mükafatı (MKM) 2012-də baş tutmadı. Modern.az-a açıqlamasında MKM-in təşəbbüsçüsü, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli müsabiqə vaxtının uzadılmasının səbəblərini açıqladı:

“Belə bir qərar qəbul etdik ki, Milli Kitab Mükafatı (MKM) hər iki ildən bir keçirilsin. Məncə, bu daha yaxşı olar və cəmiyyətində bu mükafata daha çox marağı oyada bilərik. Bildiyiniz kimi, MKM-nın baş sponsoru Bakcell şirkətidir, amma hazırda rəsmi sponsorun kim olması ilə bağlı danışıqlıqlar aparılır və bir neçə gündən sonra onun hansı şirkət olacağı açıqlanacaq. Bu il MKM-də bir sıra dəyişikliklər də etmişik. Hər inkişaf edən işdə müəyyən dəyişikliklərin olması mütləqdir. Artıq avqust ayından seçim başlayacaq. Budəfəki MKM-ın şərtləri haqqında ilk rəsmi məlumat həftənin sonunda mətbuata veriləcək“ .

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!