Modern.az

Deputatlar parlamentin iclasında Prezidentin xalqa müraciətinə baxdılar

Deputatlar parlamentin iclasında Prezidentin xalqa müraciətinə baxdılar

Aktual

20 Noyabr 2020, 15:04

Bu gün parlamentin növbəti plenar iclası keçirilib. 

 

Modern.az xəbər verir ki, iclas davam edən zaman prezident İlham Əliyevin Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciəti yayımlanıb. 

 

Milli Məclisin sədri Sahibə Qafarova prezident İlham Əliyevin çıxışının parlamentdə yayımlanmasına və və bütün deputatların tarixi çıxışı izləməsinə şərait yaradıb. 

 

Bununla da ölkə başçısının çıxışı zamanı parlamentdə deputatların müzakirələri dayandırılıb. Hər bir deputat prezidentin xalqa təbrikini canlı izləyib.

 

İlham Əliyevin xalqa müraciəti başa çatandan sonra parlament işinə davam edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…