Modern.az

Dünyada koronavirusa təkrar yoluxan 10 nəfərdən çox deyil - TƏBİB

Dünyada koronavirusa təkrar yoluxan 10 nəfərdən çox deyil - TƏBİB

Aktual

24 Noyabr 2020, 15:50

Bu gün bir nəfərin koronavirusa yoluxması onun digər şəxlsləri yoluxdurması və riyazi silsilə kimi davam etməsinə səbəb olur.

 

Bunu Modern.az-a Tibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva bildirib.

 

N.Mustafayeva qeyd edib ki, hazırda Azərbaycanda 30 min koronaviruslu xəstə var:

 

“O xəstələr nə dərəcədə izolyasiya olunur, bunun özü də narahatedici məqamdır. Evdə müalicə alan xəstələrin ailə üzvlərini yoluxdurması riski böyükdür”.

 

Həkim Azərbaycanda təkrar yoluxma faktı ilə bağlı məsələyə də aydınlıq gətirib:

 

“İkinci dəfə koronavirusa yoluxmanı təsdiqləək üçün bunu sübuta yetirmək lazımdır. Təsdiqləmək lazımdır ki, xəstə həqiqətən yoluxub, onun qanında anti-cisimlər əmələ gəlib, onların miqdarı nə qədər olub, ikinci dəfə pozitiv çıxan test nəticələrində simptomlar nədir və s. Bütün bunlar araşdırıldıqdan sonra biz bunu yenidən yoluxma faktı kimi təsdiqləyə bilərik.

 

Hazırda dünyada təkrar yoluxma qeydə alınsa da, rəqəmlər 10 nəfərə belə çatmayıb. Ümumiyyətlə 1-2 nəfərin təkrar yoluxması qorxulu deyil”.

 

TƏBİB rəsmisi bildirib ki, koronavirus əleyhinə peyvəndlərin araşdırılması davam etdirilir:

 

“Hələ ki, ümidverici 11 şirkətin açıqlamaları var ki, üçüncü faza mərhələsindədirlər. Onalrdan iki şirkət özləri açıqlama verdilər ki, peyvəndlərin 90 faizin üstündə effektivliyi sübuta yetirilib. Amma son söz nüfuzlu qurumlar tərəfindən təsdiqləndikdən sonra veriləcək.

 

Peyvəndin effektivliyinin təsdiqlənməsi, kütləvi istehsalı və ölkələrə paylanılması uzun zaman alan bir prosesdir. Ən tez yekunlaşsa belə, növbəti ilin əvvəlində istehsala başlanacaq. İlin ortalarına və sonuna qədər ölkələrə paylanacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi