Modern.az

“Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir” - Fransa XİN

“Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir” - Fransa XİN

Hadisə

26 Noyabr 2020, 08:22

“Fransanın separatçı "Dağlıq Qarabağın müstəqilliyini" birtərəfli qaydada tanıması heç kim üçün faydalı olmayacaq”. 

 

Modern.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Dövlət katibi Jean-Baptiste Lemoine bildirib.

 

Diplomatın sözlərinə görə, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir:

 

“Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin (ATƏT-in Minsk Qrupunun - Fransa, Rusiya, ABŞ) dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar”.

 

Lemoine əlavə edib ki, Ermənistan da daxil olmaqla dünya birliyi, Dağlıq Qarabağın "müstəqilliyini" tanımayıb.

 

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?