Modern.az

ABŞ-ın yeni vitse-prezidenti senator vəzifəsindən gedir

ABŞ-ın yeni vitse-prezidenti senator vəzifəsindən gedir

Aktual

17 Yanvar 2021, 22:05

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris sabah ABŞ Konqresinin Kaliforniya ştatından senatoru vəzifəsindən ayrılacaq.

 

Modern.az xəbər verir ki, Harris bu barədə Kaliforniya qubernatorunu məlumatlandırıb.

 

Yeni vitse-prezidentin köməkçilərindən biri Kamal Harrisin köhnə vəzifəsindən ayrılacağını rəsmi olaraq yanvarın 18-də elan edəcəyini deyib. Kaliforniyanın qubernatoru Nyusom Harrisin yerinə Aleks Padillanın təyin edildiyini bildirib.

 

Xatırladaq ki, Cozef Baydenin inauqurasiyasının yanvarın 20-də baş tutacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?