Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 153 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, son 24 saatda ölkədə 6289 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6113, ağır xəstələr isə 2074 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 412 505 nəfər koronavirusa yoluxub, onlardan 24 640 nəfəri həyatını itirib.