Modern.az

Azərbaycanlı Kubada vəfat edib

Azərbaycanlı Kubada vəfat edib

Aktual

28 Yanvar 2021, 01:01

Üç il öncə Kubaya işləməyə getmiş soydaşımız, 1953-cü ildə Qubada anadan olan 4 övlad atası Rəcəb Əmirağayev vəfat edib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan vətəndaşı olan Rəcəb Məhəmməd oğlu Əmirağayev boğaz xərçəngindən əziyyət çəkirmiş.

 

Onun nəşinin Azərbaycana gəitirlməsinin bütün xərclərini Diasporla İş üzrə Dövlət Komitəsi öz üzərinə götürüb. Hətta yaxınları bütün xərcin dövlət tərəfindən qarşılanacağına inanmırmışlar. Yaxınlarının bildirdiyinə görə, mərhumun nəşinin Kubadan Azərbaycana gətirilməsi üçün tranzit kimi məcburən dörd ölkədən istifadə edilməlidir. Elə bu səbəbdən də onun nəşinin doğmalarına təhvil verilmsi gecikir.

 

Aldığımız daha bir məlumata görə, qaynanası Rəcəb Əmirağayevin vəfatı xəbərini eşidəndə insult keçirib.

 

Nəzrin ƏLİZADƏ

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü