Modern.az

Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq - Baş Prokurorluq

Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq - Baş Prokurorluq

Hadisə

20 Fevral 2021, 21:05

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

 

"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.

 

Qeyd edək ki, 20 yaşlı Sevil Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!