Modern.az

“Araz” kursları rektorun tələbini yerinə yetirdi

“Araz” kursları rektorun tələbini yerinə yetirdi

Aktual

28 Avqust 2012, 17:03

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, millət vəkili Aqiyə Naxçıvanlı AMİ-nin Zaqatala filialının yataqxanasının “Araz” kursları tərəfindən boşaldılmasını tələb etmişdi. Millət vəkili bunu Zaqataladakı zəlzələdən sonra AMİ-nin Zaqatala filialı binasının dağılması ilə əlaqələndirib. O Modern.az-a bildirib ki, həmin yataqxana binası vaxtilə icra hakimiyyəti, filialın direktorluğu və Təhsil Nazirliyinin razılığı ilə “Araz” kurslarına verilib və indi bina instituta qaytarılmalıdır.

Bu məsələ ilə bağlı “Araz” kursları Baş İdarəsinin rəisi İrfan Uzundemir Modern.az-a açıqlama verib. Onun sözlərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yataqxanası “Araz” kursları tərəfindən boşaldılır.

İ. Uzundemir həmin tədris binasının boşaldılmaq üzrə olduğunu söyləyib: “Bununla bağlı artıq işlər gedir. Mən özüm də Zaqataladan elə indi qayıtmışam. AMİ-nin Zaqataladakı filialının rəhbərliyi ilə görüşümüz oldu. Sentyabr ayından etibarən bina onlarda olacaq və orada dərs keçə biləcəklər”.
İ. Uzundemir “Araz” kurslarının Zaqataladakı filialının yeni binası ilə bağlı da danışıb. O bildirib ki, hələ ki, araşdırma aparılır, planlaşdırma gedir.

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!