Modern.az

Paşinyan xalqı meydana SƏSLƏDİ

Paşinyan xalqı meydana SƏSLƏDİ

25 Fevral 2021, 12:31

“Mən Baş Qərargahın açıqlamasını dövlət çevrilişinə cəhd kimi dəyərləndirirəm”.

Modern.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib. N.Paşinyan Baş Qərargahın onu istefaya səsləməsini belə dəyərləndirib.

 
Hökumət başçısı xalqı meydana çıxmağa səsləyib.


“Bütün tərəfdarlarımı elə indicə meydanlara toplaşmağa çağırıram. Yaxın zamanda mən canlı yayımda xalqa müraciət edəcəm”- deyə Paşinyan açıqlama verib.

 
Xatırladaq ki, bir qədər öncə Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyan və onun başçılıq etdiyi hökumətin istefasını tələb edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi