Modern.az

Paşinyan: “İstefa vermək barədə çox düşündüm amma...”

Paşinyan: “İstefa vermək barədə çox düşündüm amma...”

Dünya

25 Fevral 2021, 16:55

Ermənistan baş naziri Nikol Paşinyan tərəfdarları ilə Yerevanın mərkəzində görüşüb.

 

Modern.az xəbər verir ki, çıxışında o istefa verməyəcəyini bir daha təkrarlayıb.

 

“Müharibədən sonra istefa barədə çox düşündüm. Amma ankadım ki, öz iradəmlə deyil, xalqın istəyi ilə baş nazir olmuşam. Məhz xalq hakimiyyətdən getməyimi həll etməlidir. Qoy xalq istefamı tələb etsin, məni meydanda güllələsin”.

 

Paşinyan prezident Armen Sarkisyanı Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə sərəncamı təsdiqləməyə çağırıb.

 

“Mən bu gün prezidentlə danışdım. Əgər o, Qasparyanın istefaya göndərilməsi barədə sənədi imzalamasa, deməli o da dövlət çevrilişinə qoşulub. Onik Qasparyan qoy özü istefa versin. Mən ordunun xalqa qarşı çıxmasına imkan verə bilmərəm”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!