Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Zülfəliyev Zaur Rafiq oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması, təpə və qaşüstü nahiyəsinin çapılmış yarası diaqnozu qoyulub (report).