Modern.az

Ermənistanda bütün hərbçilər Paşinyanın istefasını tələb edir - Müxalifətdən açıqlama

Ermənistanda bütün hərbçilər Paşinyanın istefasını tələb edir - Müxalifətdən açıqlama

Aktual

27 Fevral 2021, 21:10

Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələri ölkənin Baş naziri Nikol Paşinyan və hökumətin istefası haqqında tələbi dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu barədə müxalifət liderlərindən biri Qeqam Manukyana istinadən "İnterfaks" agentliyi bildirib.

 

"İndi Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələrinin komandirləri və şəxsi heyəti Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına qoşuldular", - Manukyan deyib.

 

Lakin informasiya hələ rəsmi olaraq təsdiqlənməyib.

 

Daha əvvəl Paşinyan Baş Qərargah rəisinin istefası barədə təklifi yenidən prezidentə göndərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır