Modern.az

“Stenford Bric”də qolsuz heç-heçə

“Stenford Bric”də qolsuz heç-heçə

Aktual

28 Fevral 2021, 22:50

Fevralın 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turun mərkəzi qarşılaşması keçirilib.

 

Modern.az xəbər verir ki, turun maraq doğuran görüşü “Stenford Bric” stadionunda baş tutub. “Çelsi” klubu doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

 

Bu nəticədən sonra xal ehtiyatını 50-yə çatdıran “Mançester Yunayted” turnir cədvəlində ikinci yerə yüksəlib, “Çelsi” isə 44 xalla beşinci yerdə qərarlaşıb.

 

Növbəti turda London təmsilçisi səfərdə əzəli rəqibi "Liverpul"un, "Mançester Yunayted" isə "Kristal Palas"ın qonağı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!