Modern.az

Azərbaycan filmi festivalda birinci olub

Azərbaycan filmi festivalda birinci olub

Aktual

30 Avqust 2012, 13:40

Azərbaycan filmi beynəlxalq festivalın birinci mükafatına layiq görülüb. Bu haqda məlumatı Modern.az-a Mədəniyyət və Turizm Nazirliyindən veriblər.

Nazirlikdən verilən məlumata görə, avqust ayının 21-24-də Serbiyanın Zlatibor şəhərində Beynəlxalq İdman Kinosu Festivalı keçirilib. 14 ölkədən 25 ekran əsərinin nümayiş edildiyi festivalda ölkəmiz “Top həm düşər, həm qalxar” sənədli filmi ilə təmsil olunub və film festivalın birinci mükafatına layiq görülüb.

Rejissor Arzu Urşanın “Salnamə” sənədli filmlər studiyasında çəkdiyi ekran əsəri son bir neçə ay ərzində İtaliya, Rusiya və Türkiyədə keçirilən beynəlxalq kino müsabiqələrinin baş mükafatlarını qazanıb. Azərbaycan futbolunun tarixindən bəhs edən filmin ilin sonuna qədər digər bir neçə festivalda da iştirakı gözlənilir. 
Sevinc İltifatqızı  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?