Modern.az

ABŞ-da peyvənd pasportları tətbiq edilməyəcək

ABŞ-da peyvənd pasportları tətbiq edilməyəcək

Dünya

7 Aprel 2021, 01:17

“ABŞ rəhbərliyi ölkədə koronavirusla bağlı peyvənd pasportları tətbiq etmək niyyətində deyil”. 

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

O bildirib ki, hökumət nə indi, nə də gələcəkdə vətəndaşlardan peyvənd pasportu gəzdirməyi və ya sahib olmalarını özündə əks etdirən bir sistemi dəstəkləməyəcək:

 

“Heç bir vahid federal peyvənd bazası olmayacaq. Bu cür pasportların hazırlanması təşəbbüsü ABŞ-da özəl şirkət tərəfindən irəli sürülüb. Bu özəl və qeyri-kommersiya sektorları tərəfindən nəzərdən keçirilir”. 

 

Psaki əlavə edib ki, vətəndaşların hüquqlarının qorunması baxımından bu sistemin tətbiq edilməsi yolverilməzdir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü