Modern.az

Ağdamda 4 otaqlı ev yandı - FOTO

Ağdamda 4 otaqlı ev yandı - FOTO

Aktual

11 Aprel 2021, 00:27

Ağdam rayonunun Çəmənli kəndində yanğın qeydə alınıb. 

 

Modern.az xəbər verir ki, yanğın kənd sakini Bəxtiyarov Murtuza Məhəmməd oğluna məxsus evdə baş verib. 

 

Yanğını söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam Yanğında mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alıb. 

 

Faktla bağlı araşdırma aparılır (apa).

 

 
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?