Modern.az

Əli Məsimli: “Bu sahədə aşkarlanan 79 nöqsanın xeyli səbəbi var”

Əli Məsimli: “Bu sahədə aşkarlanan 79 nöqsanın xeyli səbəbi var”

Parlament

13 Aprel 2021, 12:15

Deputat Əli Məsimli Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində aşkarladığı nöqsanlardan danışıb.

 

Modern.az xəbər verir ki, deputat qeyd edib ki, bu sahədə ümumilikdə 79 nöqsan aşkar edilib:

 

“Həmin nöqsanlardan 7-si mineral gübrələr, 18-si isə subsidiyalarla bağlıdır. Bu 79 nöqsanın xeyli səbəbi var. Kənd təsərrüfatında çalışanların xeyli hissəsinin torpaq mülkiyyəti ilə bağlı problemi olduğundan subsidiya ala bilmir. Bu halda da qanunsuz yola baş vururlar. Torpaq mülkiyyət münasibətlərini səhmanlamaq lazımdır. Bu sahədə şəffaflığın artırılması, mineral gübrələrin satışında inhisarların aradan qaldırılmasını, süni qiymət artımı məsələsini kəndlilər problem kimi görür. Ona görə də bu məsələnin həll edilməsinə ehtiyac var”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir