Modern.az

Əli Hüseynli: “Rəqiblərimiz hüquqi mexanizmlərdən istifadə edə bilmirlər” - MÜSAHİBƏ

Əli Hüseynli: “Rəqiblərimiz hüquqi mexanizmlərdən istifadə edə bilmirlər” - MÜSAHİBƏ

15 Sentyabr 2012, 19:06


Avropa Parlamentinin Ramil Səfərovun məsələsi ilə əlaqədar Azərbaycana aid qəbul etdiyi qətnamə siyasi dairələrdə etirazla qarşılanıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az saytına müsahibəsində məlum qətnamədən danışıb.

- Əli müəllim, Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinə münasibətiniz necədir?

- Bu qətnamə əslində gözlənilən idi. Çünki Ramilin əfv olunması Azərbaycanın əleyhinə olan qüvvələrin və erməni lobbbisinin əlində bəhanə kimi istifadə olunur. Avropa Parlamenti də məlum mövqeni trafaret kimi təkrar etdi. Bilirsiniz ki, bu vaxta qədər bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti Azərbaycan iqtidarına qarşı demokratiya, insan hüquqları və siyasi durumla bağlı bir çox qeyri-obyektiv qətnamələr qəbul edib. Nəhayət Ramil Səfərov məsələsində Azərbaycan ictimaiyyəti və cəmiyyəti özü şahid oldu ki, problem Avropa ilə hakimiyyət arasında deyil, bütövlukdə dövlətimizə qarşı fəaliyyətdir. Onların əvvəlki qətnamələri də elə Ramil Səfərovla bağlı qətnamədə olduğu kimi araşdırılmamış və ikili standartlara əsaslanan sənəd olub.

- Bəs Azərbaycanın mövqeyni də dəstəkləyən olubmu ?

- Əlbəttə, Avropa strukturlarında Azərbaycanın haqq işini dəstəkləyən obyektiv insanlar hər zaman olub. Bu müzakirələrdə öncədən liberalların mövqeyi məlum idi. Onlar öncədən Ramil Səfərovla bağlı qətnaməyə səs verməyəcəkləri barədə sənəd qəbul etmişdilər. Mən xüsusilə xanım Kristina Oylandın mövqeyni vurğulamaq istərdim. Xanım Oyland qeyd etmişdi ki, Ramil Səfrovun ekstradisiya məsələsində Azərbaycan Respublikası beynəlxalq hüquq normalarını pozmamışdır. O, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunaraq qeyd etmişdir ki, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər beynəlxalq hüquq normalarına görə Azərbaycan Respublikasının əraziləridir və Avropa Parlamenti bu məsələdə də öz mövqeyini ortaya qoymalıdır.
Bu misalı ona görə qeyd etdim ki, Avropa Parlamentinin üzvlərindən Azərbaycanın haqlı mövqeyni dəstəkləyən deputatlar da vardır.

- Əli müəllim, belə qətnamələrin Azərbayacan üçün hansı nəticələri ola bilər?

- Birmənalı heç bir nəticəsi! Ramil Səfərovun Azərbaycana qaytarılması və azadlığa buraxılması beynəlxalq və milli hüquq normalarına tam uyğun həyata keçirilib. Məhz buna görə də, rəqiblərimiz hüquqi mexanizmlərdən istifadə edə bilmirlər. Məhz bu səbəbdəndir ki, onlar bu məsələlərə siyasi-emosional bəyanatlarla reaksiya verirlər.
Əksinə, bizim Avropa strukturlarında çalışan nümayəndə heyətləri qarşıdakı sessiya iclaslarında Ramil Səfərovla bağlı yalnış qərara mütləq münasibət bildirəcəklər. 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!