Laçın rayon İcra Hakimiyyətinin keçmiş başçısı Akif Səlimov ötən gün vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.
A.Səlimov 1950-ci il noyabrın 7-də Laçın rayonunun Qarıqışlaq kəndində anadan olub. Birinci Qarabağ müharibəsi Laçın və Füzuli cəbhəsində döyüşlərin iştirakçısı olub. O, 1984-2006-cı Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarında Polis Şöbəsinin rəisi vəzifəsini tutub. 2013-2016-cı illərdə Laçın rayon İcra Hakimiyyətinin başçısı olub.
Birinci Qarabağ müharibəsindən bəhs edən "Cığırlar birləşsələr", "Ora Vətəndir" kitablarının müəllifidir.
Mərhum Suraxanı rayonunundakı Dədə Qorqud məzarlığında dəfn olunacaq.
Allah rəhmət eləsin...