Modern.az

Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR

Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR

Aktual

16 May 2021, 13:18

Mayın 15-də DSX-nin Azərbaycan-İran sərhədinin Yardımlı rayonunun Genderə kəndi yaxınlığlnda yerləşən sərhəd zastavasının ərazisində qeydə alınan insidentdə həyatını itirən kiçik gizir, 28 yaşlı Fərid Elçin oğlu Alimov valideynlərinin yaşadığı Quba rayonunun Yeni Güləzi kəndindəki qəbristanlıqda dəfn edilib.

 

Modern.az xəbər verir ki, dəfn mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri və yaxınları, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, DSX-nin idarə rəisi general-mayor Azər İbrahimov, Xudat sərhəd dəstəsinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

 

Şəhidin ruhuna dini qaydalara uyğun ayinlər oxunub. DSX-nin idarə rəisi, general-mayor Azər İbrahimov Fərid Alimovun cənazəsi bükülmüş Azərbaycan Bayrağını şəhidin atası Elçin Alimova təqdim edib. A.İbrahimov iki hərbi qulluqçunun ölümünə səbəb olan hadisə barədə danışarkən qeyd edib ki, Fərid Alimov xidməti vəzifəsini rqorxmadan yerinə yetirib və bu zaman qaçaqmalçıların gülləsinə tuş gəlib. General-mayor həlak olan hərbçilərin qanının yerdə qalmayacağını, tezliklə sərhəd pozucuları olan qatillərin tapıb cəzalandırılacağını bildrib və şəhidin atası Elçin Alimova başsağlığı verib.

 

Quba rayon İH-nin başçısı Ziyəddin Əliyev də Fərid Alimovun ailəsinə başsağlığı verərək xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla şəhid olan Fəridin xatirəsinin həmişə uca tutulacağını və onların qatillərinin tezliklə ölkənin güc strukturları tərəfindən tutularaq layiqli cəzalarının veriləcəyini söyləyib.

 

Sonda Şəhid Fərid Alimovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yaylım atəşı açılıb.

 

Qeyd edək ki, Fərid Alimov evli olub, İlahə adlı 3 yaşlı qızı qaldı. Kiçik gizir F.Alimov ailənin böyük övladı idi.

 

Allah rəhmət eləsin!

 

Aytəkin ALXASLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!