Modern.az

Vəkili: “Doqquz aydır Fərhad Əliyevdən xəbərim yoxdur”

Vəkili: “Doqquz aydır Fərhad Əliyevdən xəbərim yoxdur”

28 Sentyabr 2012, 13:08

Eks-iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin vəkili Elton Quliyev Fərhad Əliyevin əfvlə bağlı prezidentə müraciət edə biləcəyi ehtimalından xəbərsiz olduğunu deyib.

Modern.az-a danışan vəkil bildirdi ki, doqquz aydır ki, Fərhad Əliyevdən xəbərsizdir. Onun sözlərinə, bu barədə məlumata malik deyil:

“Uzun müddətdir ki, Fərhad Əliyevdən xəbərim yoxdur. Onunla görüşməyə zərurət yoxdur. Zərurət olanda görüşürəm. Mən onun hüquqlarının müdafiəsi ilə məşğul oluram. Mən onunla hər gün görüşə bilmərəm axı, mənim başqa işlərim də var. Ona görə də onun barəsində heç nə deyə bilmərəm. Əfv üçün prezidentə müraciət etməsindən və saxlanma şəraitindən də xəbərim yoxdur”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!