Modern.az

Rusiya, Almaniya və Fransadan birgə Qarabağ AÇIQLAMASI

Rusiya, Almaniya və Fransadan birgə Qarabağ AÇIQLAMASI

Dünya

8 İyun 2021, 14:56

Rusiya, Fransa və Almaniya xarici işlər nazirləri Qarabağı müzakirə ediblər.

Modern.az xəbər verir ki, Sergey Lavrov, Jan-İv Le Drian və Hayko Maas telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənləri, Dağlıq Qarabağdakı situasiyanı və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrasını müzakirə ediblər.

 

Yekunda Berlin, Moskva və Paris atəşkəs rejiminə ciddi əməl olunmasını, siyasi mübahisələrin dipomatik yolla həll edilməsinin vacibliyini vurğulayıblar. Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik rolunu təsdiqləsələr də, Moskva yalnız Bakı və Yerevanın razılığı ilə hər hansı beynəlxalq təşkilatın prosesə qoşula biləcəyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!