Modern.az

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi mediatur təşkil edib

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi mediatur təşkil edib

11 İyun 2021, 12:50

 Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi media nümayəndələrinin Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında icra olunan layihələrə baxış üçün səfərini təşkil edib.

Modern.az xəbər verir ki, 8-9 iyunda baş tutan səfərə yerli media nümayəndələri ilə yanaşı, Aİ-nın Azərbaycandakı səfiri Kestutis Yankauskas da qatılıb.
Səfərdə tanışlıq Şamaxıda Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması layihəsi (Hicran Soltanova) ilə başlayıb, Qəbələdə “Məsləhət xidmətləri vasitəsilə aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması, aqro turizmin inkişafı” layihəsi (Matilov Alik) ilə başa çatıb.

Səfər çərçivəsində media nümayəndələri Aİ layihələrində çıxış edən digər benefisiarlar Pərgər Mustafayev (Slow Food layihəsi -Şamaxı), Sevinc Seyidova və Günel Əliyeva (Covid-19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi-İsmayıllı), Ruhiyyə Kərimova (ADSMİRRA və Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək) ilə görüşüb, onların təsərrüfatları ilə tanış olublar.

Səfər zamanı Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas yerində tanış olduğu benefissiarlar və onların təsərrüfatları, Aİ-nın Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti haqqında fikirlərini bildirib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!