Modern.az

Zenfira Haşımova Avropa üçüncüsü oldu

Zenfira Haşımova Avropa üçüncüsü oldu

Aktual

18 İyun 2021, 20:07

Azərbaycanın qadın güləşçisi Zenfira Haşımova Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 46 kq-da mübarizə aparan idmançı gürcüstanlı Marina Satkoevi ilə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Haşımova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

 

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…