Modern.az

Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI

Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI

Aktual

24 İyun 2021, 13:50

Rusiya ATƏT Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Azərbaycan və Ermənistana qarşılıqlı etimadı gücləndirmək üçün kömək etməyə davam edir.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında deyib.

"Rusiya Qarabağda müharibənin dayandırılmasında əsas rol oynadı. Moskva Cənubi Qafqazda sülhün bərpası üçün də çox işlər gördü. Biz ATƏT Minsk qrupunun digər həmsədrləri ilə birlikdə tərəflərə öz aralarında inam yaratmaqda, humanitar layihələri həyata keçirməkdə kömək etməyə davam edirik".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!