Azərbaycanın Amerikadakı səfiri Riçard Morninqtar hazırda Şəki rayonundadır. Səfirliyin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev Modern.az saytına bildirb ki, bu, 4 günlük bir səfərdir:
“Ayın 5-dən başlayan səfər sabah tamamlanır. Əsas məqsəd səfirin Şəkidə və Oğuzda yaşayan əhali ilə görüşməyi və ABŞ-la bu regionlar arasında əməkdaşlığı müzakirə etməkdir. Səfir Şəki rayon İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənovla görüşdü. Daha sonra Oğuz rayonunun İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovla görüşüb. İkitərəfli əlaqələr, ümumiyyətlə, bu regionun inkişafı, mədəniyəti, tarixi, iqtisadi sahədə görülən işlərlə maraqlanıb.