Modern.az

Azərbaycanda qeydə alınan ana ölümləri...

Azərbaycanda qeydə alınan ana ölümləri...

Ölkə

13 İyul 2021, 10:05

Son 11 ildə Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.


Modern.az Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən xəbər verir ki, 2010-2020-ci illərdə respublikada hamiləlik, doğuş zamanı və zahılıq dövründə ölən anaların sayı ümumilikdə 254 nəfər olub. 


Belə ki, 2010-cu ildə 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013-cü ildə 25, 2014-cü ildə 25, 2015-ci ildə 24, 2016-cı ildə 22, 2017-ci ildə 21, 2018-ci ildə 17, 2019-cu ildə 21, 2020-ci ildə isə 20 qadın doğuş zamanı və ya zahılıq dövründə dünyasını dəyişib.


Qeyd edək ki, əvvəlki illərdə ana ölümlərinin sayı daha çox olub. Məsələn, 2007-ci ildə 54, 2008-ci ildə 40, 2009-cu ildə 37 nəfər doğuş zamanı və zahılıq dövründə dünyasını dəyişib.


Məlumat üçün bildirək ki, 2021-ci il üzrə yekun statistika ilin sonunda məlum olacaq.


Mütəxəssislər respublikada baş verən ana ölümlərinin rəsmi statistikadakı rəqəmlərdən daha çox olduğu qənaətindədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!