İyulun 27-də Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin görüşü keçiriləcək.
Modern.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu, üç ölkənin parlament sədrlərinin üçlü formatda keçirilən ilk görüşüdür.
Görüşdə Bakı Bəyannaməsi imzalanacaq.