Modern.az

İranda koronavirusa yoluxma sayı 4 milyonu keçdi  

İranda koronavirusa yoluxma sayı 4 milyonu keçdi  

Dünya

4 Avqust 2021, 15:54

İranda ötən sutka ərzində 409 nəfər koronavirusdan dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda virusdan ölənlərin sayı 92 194 nəfərə yüksəlib.

 

Bundan əlavə, qonşu ölkədə ötən sutka ərzində 39 357 nəfər koronavirusa yoluxub. Beləliklə, infeksiyaya yoluxanların ümumi sayı 4 019 084 nəfərə çatıb. Hazırda virus daşıyıcılarından 5959 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, İranda indiyədək 3 444 798 nəfər koronavirusdan sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!