Modern.az

Volkan Bozkırın vəzifə səlahiyyəti başa çatdı  

Volkan Bozkırın vəzifə səlahiyyəti başa çatdı  

15 Sentyabr 2021, 07:00

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın səlahiyyət müddəti başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

 

Bildirilib ki, bu vəzifəni daşıyan ilk Türkiyə vətəndaşı olan Volkan Bozkır vəzifə səlahiyyətlərini ədalətli və müvəffəqiyyətlə başa çatdırıb.

 

V.Bozkıra bundan sonrakı həyat və fəaliyyətində uğurlar arzu edən nazirlik vurğulayıb ki, onun ortaya qoyduğu real, qərarlı və həssas liderlik dünya ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatı ailəsi tərəfindən təqdirlə qarşılanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?